“Yaprak dökümü”nün aktrisası vəfat etdi - FOTO

Türk kino və teatr səhnəsinin tanınmış siması, aktrisa Bedia Ener Öztep 70 yaşında dünyasını dəyişib.

Metbuat.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, aktrisanın vəfatı ilə bağlı məlumatı oğlu açıqlayıb.

Uzun zamandır sağlamlıq problemi yaşayan sənətçinin dəqiq ölüm səbəbi bildirilməyib.

Qeyd edək ki, Bedia Ener Öztep “Yaprak dökümü” serialında canlandırdığı Neyyir Xanım rolu ilə böyük populyarlıq qazanmışdı. Bununla yanaşı, o, kino ekranlarında və çoxsaylı dublyaj layihələrində də uğurla iştirak edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı