İranın paytaxtı Tehranda Ali Məhkəmə binasının yaxınlığında silahlı insident baş verib.
Metbuat.az xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.
İnsident nəticəsində iki hakim dünyasını dəyişib, daha birinin isə yaralanıb.
İlkin məlumatlara görə, rəsmi qurumlar hadisəni terror aktı kimi qiymətləndirir. Hazırda hadisə yerində istintaq-əməliyyat tədbirləri aparılır.