Baş prokurordan təyyarə qəzası ilə bağlı açıqlama

AZAL-ın təyyarəsinin Aktuada qəzaya uğraması ilə bağlı üç ölkədə ayrı-ayrı cinayət işləri başlanılıb.

Metbuat.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Rusiya, Azərbaycan və Qazaxıstanda ayrı-ayrılıqda cinayət işi başlanılıb, istintaq aparılır.

K.Əliyev vurğulayıb ki, hər üç ölkə ayrı-ayrılıqda özünə aid məsələdə sübutlar toplayır:

"Bundan sonra sübutların təhlili, təqsirləndirilən şəxslərin müəyyənləşdirilməsi təmin ediləcək. Eyni zamanda hazırda Rusiya İstintaq Komitəsi və Baş Prokurorluğu tərəfindən istintaq hərəkətləri aparılır".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı