“Fənərbağça” PSJ-nin ulduzu ilə anlaşdı - FOTO

Fransanın “PSJ” klubunda çıxış edən slovakiyalı müdafiəçi Milan Şkrinyar karyerasını Türkiyənin “Fənərbağça” klubunda davam etdirəcək.

Metbuat.az-ın məlumatına görə, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı xəbər yayıb. Bildirilib ki, 29 yaşlı futbolçu müqavilə imzalamaq üçün bu gün İstanbulda olacaq.

Xatırladaq ki, Milan Şkrinyar cari mövsüm “PSJ” forması ilə 5 oyunda meydanda olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı