Neftçalada qəza baş verdi - Xəsarət alanlar var

Neftçala rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az xəbər verir ki, hadisə Bankə qəsəbəsində qeydə alınıb.

Qəza zamanı xəsarət alan 18 yaşlı Nuranə Məmmədova və 17 yaşlı Aybəniz Fətullayeva Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlara təcili tibbi yardım göstərilib. Xəsarət alanlardan A.Fətullayeva Bakıdakı xəstəxanalardan birinə təxliyə olunub. Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı