​Danimarka Qrenlandiyanın müdafiə büdcəsini artırdı

Danimarka Qrenlandiyanın müdafiə büdcəsini 14,6 milyard Danimarka kronu artırdığını açıqlayıb.

Metbuat.az xəbər verir ki, Danimarkanın bu həmləsinin ABŞ Prezidenti Donald Trampın Qrenlandiyaya ölkəsinin nəzarət etməsi ilə bağlı bəyanatından sonra gəlməsi diqqət çəkib. Hərbi mövcudluğunu təxminən 2,05 milyard dollar artırmağa qərar verən Danimarka, Qrenlandiyanın müdafiəsi və təhlükəsizliyinə cavabdehdir. Müdafiə xərclərini davamlı olaraq azaldan Danimarka, ötən il ordusu üçün 10 illik 190 milyard Danimarka kronu büdcə ayırıb və onun bir hissəsi hazırda Arktika üçün nəzərdə tutulub.

Qeyd edək ki, Avropadan Şimali Amerikaya ən qısa yol Qrenlandiyadan keçir, ona görə də böyük ada strateji mövqeyinə görə ABŞ üçün böyük əhəmiyyət kəsb edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı