Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Bu gündən etibarən Azərbaycanda yeni media qurumu – “Teleqraf” İnformasiya Agentliyi fəaliyyətə başlayıb.

Metbuat.az xəbər verir ki, agentlik “Teleqraf” Media Qrupu tərkibində “Gündəlik Teleqraf” qəzeti və “Teleqraf.com” saytının bazasında formalaşdırılıb.

Qeyd edək ki, 2012-ci ildən yayımlanan “Teleqraf.com” bundan sonra informasiya agentliyi kimi oxuculara xidmət göstərəcək. Agentliyin baş direktoru İmdad Əlizadədir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı