Qrenlandiyanın şərqində indiyə qədər görünməmiş ən böyük buzlaq daşqını baş verib.
Metbuat.az xəbər verir ki, Katalina gölündə yığılan 3 trilyon litr ərimiş buz sərbəst qalaraq, Edvard Beyli buzlağının altında 25 kilometr uzunluğunda tunel yaradıb. Məlumata görə, bu, Danimarkanın illik su istehlakının üç qatına bərabərdir. Danimarkanın Kopenhagen universitetinin alimləri ilk dəfə peyk görüntülərindən istifadə edərək bu prosesi izləyiblər. Araşdırmaya görə, Katalina gölü 20 il ərzində əriyən buz suları ilə dolub və Edvard Beyli buzlağının altında toplanan su buzu yuxarı qaldıraraq nəhəng tunel yaradıb. Alimlərin məlumatına görə, bu hadisə qlobal istiləşmə səbəbindən baş verib. Qlobal istiləşmə səbəbində belə hadisələr intensivləşib.
Tədqiqatçıların fikrincə, bu cür buzlaq daşqınları xüsusilə Himalay dağları kimi əhalinin sıx məskunlaşdığı ərazilərdə dağıdıcı nəticələrə səbəb ola bilər.