Bakıda şagirdlərə narkotik maddə paylanılır? - DİN-dən CAVAB

Bakı məktəblərində şagirdlərə ayı formalı konfetəbənzər narkotik tərkibli maddələrin paylanılması ilə bağlı narahatlıq doğuran iddialar yayılıb. Valideynlər bu barədə sosial şəbəkələrdə paylaşımlar edərək bir-birilərini diqqətli olmağa çağırıblar.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov Metbuat.az-ın sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkələrdə ölkə ərazisində məktəblərdə şagirdlərə narkotik vasitə təklif edilməsi ilə bağlı paylaşılan məlumatlar həqiqəti əks etdirmir:

“Polis əməkdaşları tərəfindən bu paylaşım tam və hərtərəfli araşdırılıb, müəyyən olunub ki, həmin paylaşım xarici ölkələrdən birinə aid internet resurslarında yayılıb”, - deyə açıqlamada vurğulanıb.

Sevinc İbrahimzadə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı