Zelenski Türkiyəyə səfər etdi

Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyəyə səfər edib.

Metbuat.az xəbər verir ki, Zelenski və Ukrayna nümayəndə heyətini daşıyan təyyarə Ankaradakı “Esenboğa” hava limanına enib. Ukrayna Prezidenti Zelenski hava limanında rəsmi şəxslər tərəfindən qarşılanıb. Məlumata görə, səfər çərçivəsində Zelenski Prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Ukraynadakı müharibəni yekunlaşdırmaq barədə diplomatik həmlələrin irəli sürüldüyü vaxtda Zelenskinin Türkiyəyə səfər etməsi diqqət çəkib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı