Mayın 1-dən Gürcüstana qatarla səfər etmək olacaq? - RƏSMİ CAVAB

Yerli KİV-lərdə Azərbaycan və Gürcüstan arasında dəmir yolu ilə sərnişindaşımanın mayın 1-dən bərpa ediləcəyi barədə xəbərlər yayılıb.

“Azərbaycan Dəmir Yolları” QSC-dən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu məsələ sadəcə müzakirə olunub.

“Xəbərin mənbəsi Gürcüstanın aidiyyəti nazirliyidir və məsələnin müzakirə olunduğu da qeyd olunub. Sərhəd bağlı olduğu üçün Bakı-Tbilisi-Bakı qatarı 2020-ci ildən fəaliyyətini dayandırıb.

Qeyd edək ki, koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarı ilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin tətbiq olunub, hazırda da davam edir və ölkənin quru sərhədləri bağlıdır”, - deyə ADY-dən bildirilib.

Sevinc İbrahimzadə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı