Ağdamda yol qəzası olub, bir nəfər ölüb.
Metbuat.az-ın məlumatına görə, hadisə rayonun işğaldan azad olmuş Xıdırlı kəndi ərazisində baş verib.
Belə ki, "VAZ"2107 markalı avtomobil yoldan çıxaraq aşıb. Hadisə nəticəsində İlyas Allahverənov hadisə yerində həyatını itirib.
Avtomobildə olan 1992-ci il təvəllüdlü Natiq Məmmədov, 1997-ci il təvəllüdlü Elmin Əmənov, 1991-ci il təvəllüdlü Namik Cəfərov xəsarət alıb. Onlar təcili tibbi yardım maşını ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.