Ukrayna NATO-nun üzvü olmayacaq.

Metbuat.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban deyib.

O bildirib ki, Ukraynadan geriyə qalan ərazi yenidən Rusiya ilə Şimali Atlantika Alyansı arasında bufer zonaya çevriləcək.

Orban həmçinin qeyd edib ki, Ukrayna Macarıstanın maraqlarına zidd hərəkət edərsə, heç vaxt Aİ-yə üzv olmayacaq.