Bu gün Almaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək.
Metbuat.az xəbər verir ki, bu seçkilər ölkənin növbəti dörd il üçün siyasi kursunu müəyyən edəcək.
Seçki məntəqələri 08:00 – 18:00 aralığında fəaliyyət göstərəcək (Bakı vaxtı ilə 11:00 – 21:00). Səsvermə bitən kimi ARD və ZDF kanalları ekzitpol nəticələrini açıqlayacaq.
İlkin rəsmi nəticələr bazar ertəsi gecə gözlənilir. Yekun nəticələr isə bir neçə gün ərzində elan ediləcək.