Donetskdə azərbaycanlı həlak oldu - FOTO

Rusiya-Ukrayna müharibəsində azərbaycanlı həyatını itirib.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, Rusiya-Ukrayna müharibəsində ölən şəxs Cəlilabad şəhər sakini, 48 yaşlı Azər Maarif oğlu Cəlilovdur.

Məlumata görə, A.Cəlilov müharibənin gərgin döyüşlərinin getdiyi Donetsk istiqamətində həlak olub. O, son 10 ildə Rusiyada yaşayırdı və Moskva şəhərində fəhlə kimi çalışırdı. İki övlad atası olan Cəlilovun cənazəsi artıq doğulduğu Cəlilabad şəhərinə gətirilərək dəfn olunub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı