İlkin Fuadın anası və nənəsi faciəvi şəkildə öldü - FOTO

Bakının Xəzər rayonu, Buzovna qəsəbəsində ana və qızı dəm qazından boğulub.

Mtebuat.az xəbər verir ki, hadisə fevralın 25-i saat 23:00 radələrində baş verib.

Məlumata görə, 1938-ci il təvəllüdlü Südabə Səməd qızı İsmayılova və onun qızı, 1962-ci il təvəllüdlü Sevda Həsrət qızı Əhmədova evin hamam otağında dəm qazından zəhərlənərək vəfat edib.

Hadisə nəticəsində dünyasını dəyişən Sevda Əhmədova müğənni İlkin Fuadın anası, Südabə İsmayılova isə nənəsi olub. Müğənni sosial şəbəkədə paylaşım edərək təcili yardımın çağırıldığını, lakin briqadanın hadisə yerinə 1 saat gecikdiyini iddia edib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı