Kanada Trampın G7 sammitində iştirakını qadağan etməyə çağırdı

Kanadanın müxalif Yeni Demokratiya Partiyasının lideri Caqmit Sinq ABŞ Prezidenti Donald Trampın G7 sammitində iştirakına qadağa qoymağa çağırıb.

Metbuat.az xəbər verir ki, o, Kanadanın G7 Sammitinə sədrliyi ilə bağlı açıqlamasında belə deyib. Sinq bildirib ki, Tramp demokratiya, suverenlik və qlobal sabitliyə qarşı təhdid kəsb edir. Buna görə də, o, Trampın G7 Sammitində iştirakına qadağa qoyulmasını tələb edib. Sinq, "Bizim demokratiya və suverenliyimizi təhdid edən birini niyə dəvət edək?" - deyə açıqlama verib. Trampın apardığı siyasətin beynəlxalq təşkilatlara ziyan vurduğunu qeyd edən Sinq, G7 Zirvəsinin Trampın dünya üçün təhdidlərinə qarşı müttəfiqlərlə birgə işləmək fürsəti olduğunu bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Kanadanı ölkənin 51-ci ştatı olmağa çağırıb. O həmçinin Rusiyanın G7-yə qaytarılması barədə çağırış edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı