Şimali Koreya Rusiyaya qoşun göndərdi

Şimali Koreya Ukraynaya qarşı Rusiya sıralarında döyüşmək üçün əlavə qoşun göndərib.

Metbuat.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti iddia irəli sürüb. Açıqlamada Şimali Koreyanın Rusiyaya dəstək üçün əlavə əsgər göndərdiyini, lakin bu qoşunların dəqiq sayının hələ müəyyən edilmədiyini bildirib. İddialara görə, qoşunlar Kursk vilayətində cəbhə xəttinə yerləşdirilib. Bundan əvvəl, Cənubi Koreya mediası Şimali Koreyanın Rusiya ilə birlikdə döyüşmək üçün Kurska 1000-3000 əsgər göndərdiyini bildirmişdi.

Qeyd edək ki, Şimali Koreyanın daha əvvəl Rusiyanın qərb cəbhəsindəki Kursk bölgəsinə təxminən 11 min əsgər yerləşdirdiyi iddia edilir. Cənubi Koreyanın Milli Kəşfiyyat Xidmətinin məlumatına görə, cəbhə xəttinə göndərilən Şimali Koreya əsgərlərindən 300-ü ölüb, təxminən 2700-ü isə yaralanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı