Bu gün saat 14:30-da 1980-ci il təvəllüdlü şəxs (kişi cinsli) it hücumu nəticəsində xəsarət alaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Metbuat.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Xəstəyə burunun açıq yarası, əl baş barmağının didilmiş-cırılmış yarası diaqnozu təyin edilib.
Xəstəyə ilkin zəruri tibbi yardım göstərilib və ixtisaslı tibbi müayinə almaq üçün Şəki Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilib.
Tibb müəssisəsində zərərçəkmişə zəruri tibbi xidmətlər göstərilib. Burunun yumşaq toxumaları tam amputasiya olunub.
Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.