ABŞ Prezidenti Donald Tramp və ukraynalı həmkarı Vladimir Zelenski Ağ evdə görüşərkən mübahisə ediblər.
Metbuat.az xəbər verir ki, Ukrayna böhranının müzakirəsi zamanı Tramp Zelenskiyə “Hazırda əlinizdə heç bir kartınız yoxdur. Bizimlə sizin kartlarınız var, bizsiz isə heç bir kartınız yoxdur. Siz hörmətsizlik edirsiniz" deyə bildirib. Zelenski isə Trampa “mən kart oynamıram” deyə bildirib. Xarici KİV-lərin məlumatına görə, mübahisədən sonra birifinq yekunlaşıb və Zelenski Ağ evi tərk edib.