Türkiyənin paytaxtı Ankarada saxta spirtli içkidən ölənlərin sayı 81 nəfərə çatıb.
Metbuat.az xəbər verir ki, istintaq çərçivəsində 36 şübhəli şəxs həbs edilib.
Fevralın ayının ortalarında saxta spirtli içkidən təxminən 60 ölüm hadisəsi qeydə alınmışdı.
İstanbulda saxta spirtli içki qəbulundan sonra təxminən 90 nəfər tibb müəssisələrinə müraciət edib, onların metanoldan zəhərləndiyi məlum olub. İstanbulda spirtli içkidən zəhərlənən 70 nəfər ölüb.
Qeyd edək ki, yanvar ayından etibarən Türkiyədə 150-dən çox insan saxta spirtli içkidən zəhərlənərək ölüb