Rusiyanın Əməkdar artisti Tatyana Qovorova vəfat edib.

Metbuat.az xəbər verir ki, aktrisa 84 yaşında kəskin ürək çatışmazlığından təcili tibbi yardım maşınında dünyasını dəyişib.

Qeyd edək ki, o 1970-ci ildə filmlərdə çəkilməyə başlayıb və ilk dəfə "Stroqanovlar" dramında "Kseniya Bakulina" rolu sayəsində şöhrət qazanıb.

Aktrisa "Qəribə qadın", "Kənd əhvalatı", "Beyaz rəqs" filmlərində və "Ölümcül qüvvə" serialında da rol alıb.