İstanbul Respublika Baş Prokurorluğu İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu və digər şübhəlilərin saxlanılması barədə açıqlama yayıb.
Metbuat.az xəbər verir ki, açıqlamada deyilir ki, şübhəlilər CHP-dəki "pul sayma" görüntüləri ilə bağlı istintaq çərçivəsində ifadə verən şahidlərin ifadələri ilə bağlı saxlanılıb. Bildirilib ki, Əkrəm İmamoğlu və çox sayda şəxs iş adamlarını pul verməyə məcbur ediblər. Şübhəlilər bir sıra iş adamları ilə birlikdə haqsız qazanc əldə ediblər. İddialara görə, şübhəlilər əldə etdikləri qanunsuz pulların köçürülməsi və yığılmasında “gizli seyflər” adlandırılan mülki şəxslərdən istifadə ediblər”.
Qeyd edək ki, aralarında Əkrəm İmamoğlunun da olduğu 100 şübhəlinin “cinayət təşkilatının lideri olmaq”, “cinayətkar təşkilata üzv olmaq”, “qəsb”, “rüşvət alma”, “ağır fırıldaqçılıq”, “qanunsuz olaraq şəxsi məlumatların əldə edilməsi” və “tender saxtakarlığı” ittihamları ilə saxlanıldığı bildirilib. İstintaqda İmamoğlunun cinayət təşkilatının rəhbəri olduğu vurğulanıb.