Sərnişin avtobusu ilə minik maşını toqquşdu - Yaralılar var

Gəncədə yol nəqliyyat hadisəsi baş verib.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Hərəkətdə olan 1 saylı xətt üzrə işləyən "Hyundai" markalı sərnişin avtobusu ilə "Toyota" markalı minik maşını toqquşub. Qəza zamanı minik maşınında olanlar, 1983-cü il təvəllüdlü T.Orucova və 1978-ci il təvəllüdlü Z.Bayramova xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı