"Kəpəz" yeni müdafiəçi transfer etdi

"Kəpəz" Conston Omurvanı heyətinə cəlb edib.

Metbuat.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Keniyalı futbolçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.

Omurva mərkəz müdafiəçisi mövqeyində çıxış edir. 26 yaşlı oyunçunun son klubu Səudiyyə Ərəbistanı təmsilçisi “Abha” olub. Keniya millisinə dəvət alan Conston Portuqaliyada "Eştrela"nın da formasını geyinib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı