Myanmada baş verən 7,7 bal gücündəki zəlzələ nəticəsində 144 nəfər ölüb, 732 nəfər isə yaralanıb.
Metbuat.az xəbər verir ki, Banqkokda dağıntılar qeydə alınıb. Təbii fəlakətlə bağlı şəhərdə fövqəladə vəziyyət elan edilib. Zəlzələ Myanmanın Saqainq şəhərindən 16 kilometr şimal-qərbdə baş verib.