"Qarabağ" səfərdə "Turan Tovuz"a qalib gəldi - Premyer Liqa

"Qarabağ" Misli Premyer Liqasının XXVIII turunun açılış oyununda "Turan Tovuz"a qalib gəlib.

Metbuat.az xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan matçda qonaqlar 4:1 hesablı qələbəyə seviniblər.

Ağdam təmsilçisinin heyətində Kadi Borqes (16 p, 84) Nəriman Axundzadə (32) və Aleksey Kaşuk (90+1) fərqləniblər. Meydan sahiblərinin yeganə qolunu isə Aleks Souza (30) vurub.

"Köhlən atlar" 28 turdan sonra 67 xalla liderdir. Tovuz klubu 43 xalla dördüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, XXVIII tura martın 30-da yekun vurulacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı