Mirzoyan Aİ nümayəndəsi ilə Azərbaycanla normallaşma prosesindən danışdı

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono ilə görüşüb.

Metbuat.az xəbər verir ki, tərəflər regional məsələləri, Cənubi Qafqazda davamlı sülhün təmin edilməsinə yönəlmiş səyləri müzakirə ediblər.

Azərbaycanla münasibətlərin normallaşması prosesindən danışan A.Mirzoyan uzunmüddətli danışıqlar nəticəsində razılaşdırılmış sülh sazişinin imzalanmasının və dövlətlərarası münasibətlərin qurulmasının vacibliyini vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı