Tovuzda itkin düşən qız Gəncədə tapıldı

Tovuzda itkin düşən məktəbli tapılıb.

Metbuat.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.

Onun sözlərinə görə, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində A.Süleymanovanın yeri Gəncə şəhərində müəyyən edilərək Tovuz Rayonuna gətirilib.

Hazırda ailəsinə təhvil verilməsi gözlənilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı