Azərbaycanda dəvələrin sayında azalma müşahidə olunub.
Metbuat.az-ın məlumatına görə, ötən ilin əvvəlində Azərbaycanda mövcud olan dəvələrin ümumi sayı 350 baş təşkil edib. Bu göstərici 2023-cü illə müqayisədə 11 baş azalma deməkdir.
Kənd təsərrüfatı ilə məşğul olan müəssisələrdə bu rəqəm 90 baş olub ki, bunun da 78-i dövlət, 12-si isə qeyri-dövlət müəssisələrinin payına düşür. Müqayisə üçün qeyd edək ki, 2023-cü ildə bu müəssisələrdə 99 baş dəvə mövcud idi. Xüsusilə qeyri-dövlət müəssisələrində azalma nəzərəçarpacaq olub, dəvələrin sayı 15 başdan 12 başa enib.
Fərdi sahibkar, ailə kəndli və ev təsərrüfatlarında isə 2024-cü ildə 260 baş dəvə qeyd alınıb. Bu da keçən ilə nisbətən (262 baş) cüzi azalma deməkdir.
2024-cü il üçün bölgələr üzrə dəvələrin sayı belədir:
Şirvan-Salyan (Hacıqabul rayonu) - 138
Abşeron-Xızı (Abşeron rayonu) - 78
Şərqi Zəngəzur (Cəbrayıl rayonu) - 76
Qarabağ (Bərdə rayonu – 20, Ağcabədi – 1) - 21
Mil-Muğan (Sabirabad rayonu) - 12
Mərkəzi Aran (Kürdəmir rayonu) - 7
Naxçıvan MR (Ordubad rayonu) – 3
Sevinc İbrahimzadə / Metbuat.az