Hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyevə ağır itki üz verib.

Metbuat.az xəbər verir ki, onun anası Nişanə Əliyeva vəfat edib.

Mərhumla bu gün saat 9-da Sumqayıt şəhərində, 20-ci məhəllədə vida mərasimi olacaq. Mərhum Samux qəbiristanlığında dəfn ediləcək.

Allah rəhmət eləsin!