OpenAI tərtibatçılar üçün süni intellektlə bağlı təhlükəsizlik tədbirlərini artırır.
Metbuat.az xəbər verir ki, şirkət "Verified Organisation" statusunu məcburi etmək üçün hərəkətə keçib. Yeni sistemlə ən qabaqcıl süni intellekt modellərinə daxil olmaq üçün şəxsiyyətin yoxlanılması tələb olunacaq. OpenAI şirkətinin məlumatına görə, bu proqram süni intellekt alətlərindən məsuliyyətli istifadəni təmin etmək üçün qüvvəyə minəcək. Yenilikdən sonra qurumlar şəxsiyyət vəsiqəsini təqdim edən və proqramın dəstəkləndiyi ölkələrdə qabaqcıl süni intellektdən istifadə edə bilərlər. Bundan əlavə, bütün təşkilatlar avtomatik olaraq bu statusa uyğun hesab edilməyəcək. Uyğunluq şirkət tərəfindən müəyyən edilmiş meyarlar əsasında müəyyən ediləcək.
OpenAI bildirib ki, yeni funksiyanın əsas məqsədi suni intellektdən sui-istifadənin qarşısını almaqdır.