Bakı, 9 iyun, AZƏRTAC
İyunun 1-nə olan statistikaya əsasən, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 8,3 faiz artıb.
DSMF-nin ictimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a verilən məlumata görə, may ayı ərzində əlavə olaraq 741 nəfər əcnəbi vətəndaş qeydiyyata alınıb və nəticədə fərdi uçot sistemində onların sayı 24 393 nəfərə yüksəlib.
Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan əcnəbilərin 88,75 faizini (21 649 nəfər) kişilər, 11,25 faizini (2 744 nəfər) isə qadınlar təşkil edir.
Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilər arasında ən yüksək say göstəricisi Тürkiyənin (12 702 nəfər) payına düşür. İkinci yerdə Gürcüstan (2 699 nəfər), üçüncü yerdə Rusiya Federasiyası (1 403 nəfər) gəlir.
Sonrakı yerlərdə İran (924 nəfər), Çin (808 nəfər), Hindistan (758 nəfər), Pakistan (491 nəfər), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (410 nəfər), Banqladeş (308 nəfər), Ukrayna (307 nəfər), Özbəkistan (253 nəfər), Almaniya (214 nəfər), ABŞ (208 nəfər), Filippin (205 nəfər), Türkmənistan (195 nəfər), Qazaxıstan (176 nəfər), İtaliya (172 nəfər), Koreya (155 nəfər) və s. ölkələr qərarlaşıb.
Azərbaycanda əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesi 2006-cı il yanvarın 1-dən həyata keçirilir.