Türkiyə XİN İsrail baş naziri Binyamin Netanyahunun təyyarəsinə uçuş icazəsi verilməsi ilə bağlı iddiaları təkzib edib.
Metbuat.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, bunu XİN-in Mətbuat sözçüsü Öncü Keçeli deyib.
"İsrail baş nazirinin təyyarəsinə uçmağa icazə verildiyi ilə bağlı iddialar qətiyyən həqiqətə uyğun deyil. Bununla bağlı bizə hər hansı bir istək bildirilməyib", - deyə o qeyd edib.
Qeyd edək ki, İsrailin baş naziri Binyamin Netanyahunun mayın 7-də Azərbaycana səfəri zamanı Türkiyənin hava məkanından istifadə edəcəyi ilə bağlı məlumat yayılmışdı.