“Fənərbaxça” prezidenti Ali Koç Joze Mourinyo ilə yollarını ayırmaq istəyir.

Metbuat.az xəbər verir ki, klubdakı bəzi dairələr məşqçinin klubdan göndərilməsini istəyir. Məlumata görə, portuqaliyalı çalışdırıcı buna razı deyil. Mourinyonun "Fənərbaxça"da qalmağa qərar verdiyi və təzminatdan imtina etmək istəmədiyi iddia edilib. Məlumata görə, Mourinyonun yüksək təzminat tələb etməsi səbəbilə klub onu istefaya göndərə bilmir. “Fənərbaxça” məşqçi ilə razılaşma əsasında yollarını ayırmaq istəyir.

Qeyd edək ki, Joze Mourinyo bundan əvvəlki açıqlamasında yeni mövsüm üçün heyət qurduğunu açıqlamışdı. Mourinyo, ayrılmağı düşünmədiyini, hətta transfer hesabatını rəhbərliyə təqdim etdiyini bildirib.