Kıvanç Tatlıtuğ bu xəstəlikdən əziyyət çəkirmiş

Türkiyənin məşhur aktyoru Kıvanç Tatlıtuğ illərdir ictimaiyyətdən gizli saxladığı səhhət problemi - yuxu apnesi ilə bağlı ilk dəfə açıqlama verib.

Metbuat.az xəbər verir ki, o bu barədə Türkiyə mətbuatına danışıb.

O yuxu apnesinin həyat keyfiyyətinə mənfi təsir etdiyini bildirib:

“Yuxu apnesi həyat keyfiyyətimi aşağı saldı. Bu problem gündəlik həyatıma da təsirsiz ötüşməyib”.

Aktyor xəstəliyin müalicə olunmaması halında infarkt riski ilə qarşılaşa biləcəyini qeyd edib və bu səbəbdən mütəmadi olaraq həkim nəzarətində olduğunu vurğulayıb. Tatlıtuğ, uzun müddət davam edən müalicə prosesindən sonra sağlamlığına qovuşduğunu və bu təcrübəsini ictimaiyyətlə bölüşərək oxşar vəziyyətdə olan insanlara mənəvi dəstək vermək istədiyini bildirib.

Qeyd edək ki, yuxu apnesi – yuxuda nəfəsin qısa müddətə dayanması ilə xarakterizə olunan bir sağlamlıq problemidir. Bu vəziyyət gün ərzində yorğunluq, diqqət çatışmazlığı və digər sağlamlıq problemlərinə səbəb ola bilər. Mütəxəssislər bu xəstəliyin müalicə olunmaması halında infarkt, yüksək təzyiq və digər ciddi sağlamlıq problemlərinə yol aça biləcəyini bildirirlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı