Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin dövriyyəsinə qarşı həyata keçirdikləri tədbirlərlə 49 yaşlı Yalçın Məmmədov və 46 yaşlı Rasim Nuriyev saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Metbuat.az-a verilən məlumata görə, onlardan 7 kiloqram marixuana və 949 ədəd metadon həbi aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.