Milli Gimnastika Arenasındakı minifutbol üzrə dünya çempionatında bu gün III turun son oyunları keçiriləcək.

Metbuat.az xəbər verir ki, daha 4 qrupda 8 qarşılaşmanın ardından 1/8 final mərhələsinin axırıncı 4 cütünün tərkibi müəyyənləşəcək.

Bu qruplardan Çexiya, Gürcüstan və Serbiya milliləri ilk 2 turdan sonra adlarını növbəti mərhələyə yazdırıblar.

Dünya çempionatı, III tur
26 may

E qrupu

12:45. Kosta Rika - Tailand
22:00. İndoneziya - Monteneqro

F qrupu

16:30. Polşa - Bosniya və Herseqovina
20:45. Qazaxıstan - ABŞ

G qrupu
15:15. Argentina - BƏƏ
18:15. Çexiya - Gürcüstan

H qrupu
14:00. İsrail - İspaniya
19:30. Serbiya - Qana

Qeyd edək ki, 1/8 final mərhələsinin ilk 4 oyununda Azərbaycan Rumıniya ilə, İngiltərə Bolqarıstanla, Portuqaliya Macarıstanla, Fransa Mavritaniya ilə üz-üzə gələcək. Görüşlər mayın 27-də keçiriləcək.