Kəlbəcər sakini Goranboyda minaya düşüb.

Metbuat.az unikal.az-a istinadən xəbər verir ki, hadisə rayonun Qaraçinar kəndinin yaxınlığında Baranbat meşəsi ərazisində baş verib.

Belə ki, Kəlbəcər rayonun Cəmilli kənd sakini 1980-ci il təvəllüdlü Q.Abbasov mina partlaması nəticəsində xəsarət alıb. 45 yaşlı kişi xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, Q.Abbasov meşə ərazisində mal-qara otaran zaman minaya düşüb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.