UEFA Çempionlar Liqasının 2024/2025 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.

Metbuat.az UEFA-nın saytına istinadən xəbər verir ki, mövsümün ən yaxşı oyunçusu Fransa "PSJ"sinin hücumçusu Usman Dembele olub.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının finalında Milanın "İnter" klubunu 5:0 hesabı ilə məğlub edən parislilər tarixlərində ilk dəfə bu kuboku qazanıblar.