Daşkənd, 9 iyun, AZƏRTAC
Azərbaycanın Özbəkistandakı səfirliyi, bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) Daşkənddəki kitabxanalara “Azərbaycanı tanıyaq” layihəsi çərçivəsində ölkəmizin tarixi, iqtisadiyyatı, mədəniyyəti, turizm potensialı, ədəbiyyatı, dövlətçilik ənənələri, ümummilli lider Heydər Əliyev, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı faciəsi, ermənilərin saxtalaşdırma siyasətinə dair kitab, jurnal və bukletlər hədiyyə edir.
İyunun 9-da daha bir kitab kolleksiyası Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanası və Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin kitabxanalarına verilib.
Kitablar arasında Heydər Əliyev Fondunun buraxdığı nəşrlər üstünlük təşkil edir.

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd