Tanınmış yumorçu, Facebook sosial şəbəkəsində videoları ilə məşhur olan Səbuhi Xanlarov onu tanıyanlara müraciət edib.

Milli.Az xəbər verir ki, sözügedən şəxs öz Facebook profilində video paylaşaraq onu tanıyalardan xahiş edib. Belə ki, videomüraciətdə Səbuhi bildirir ki, onun Facebook sosial şəbəkəsində 100 minlik səhifəsi oğurlanıb.

Oğurlanan gündən səhifədə tərbiyəsiz fotolar və şərhlər paylaşan şəxsin kimliyi bilinmir. Bunu görən yumorçu hər kəsdən xahiş edir ki, sözügedən səhifəsi ilə bağlı şikayət olunsun. Nə qədər çox şikayət olunarsa, səhifə bir o qədər tez bağlanar.

Cavan
Milli.Az

Videonu izləmək üçün şəkilə klikləyin.

Səbuhi Xanlarov: "O şəxs məni şantaj edir, kömək edin" - VİDEOфото