“Real Madrid” klubu Argentina təmsilçisi “River Pleyt”in futbolçusu Franko Mastantuononun transferini tamamlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə jurnalist və insayder Nikolo Skira "X" sosial şəbəkə hesabında məlumat yayıb. Mənbənin məlumatına görə, 18 yaşlı hücumameylli yarımmüdafiəçinin transfer məbləği 45 milyon avro təşkil edəcək.

Futbolçu ilə Madrid nəhəngi arasında 2031-ci ilə qədər nəzərdə tutulan müqavilə tam razılaşdırılıb.