İyulun 1-də quru sərhədlər açılacaq?

Azərbaycanda karantin rejiminin qüvvədə olduğu müddət 1 iyulda sona çatır. Bu rejimin uzadılıb-uzadılmayacağı ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Bəs quru sərhədləri açılacaq?

Millət vəkili Elçin Mirzəbəyli Metbuat.az-a açıqlamasında fikir bildirib.

O deyib ki, ən azı ətraflarını müşahidə etməyi bacaran adamlar quru sərhədlərinin nə üçün bağlı qaldığını anlaya bilərlər:

"Bu mövzu ilə bağlı manipulyasiya edən, siyasi xal qazanmağa çalışanların bir addım irəlini görmək potensialından olmadıqları son 5 il ərzində dəfələrlə öz təsdiqini tapıb. Dövlətimiz nəyi nə vaxt və necə edəcəyini çox yaxşı bilir. Hesab edirəm, bu mövzuda spekulyasiya etməyin heç bir anlamı və faydası yoxdur".

Sevinc İbrahimzadə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı