"Qalatasaray"dan ayrılan uruqvaylı qapıçı Fernando Muslera Argentinanın "Estudiantes de La Plata" klubu ilə rəsmi müqavilə imzalayıb.
Metbuat.az-ın xəbərinə görə, bu barədə Argentina klubunun mətbuat xidməti bildirib.
Qeyd edək ki, 14 mövsüm Türkiyədə forma geyinən Muslera sarı-qırmzılı komanda ilə 8 dəfə Türkiyə çempionluğunu, 5 dəfə Türkiyə Kuboku, 6 dəfə Superkubokunu qazanıb.