Polisin "Sputnik Azərbaycan" agentliyinin ofisində (Rusiyanın “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Bakıdakı filialı) keçirdiyi əməliyyat zamanı saxlanılanlar var.

Metbuat.az Apa-ya istinadən xəbər verir ki, DİN-in əməliyyatı zamanı Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin ( FTX) bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb.

Qeyd edək ki, bu gün səhər saatlarından etibarən DİN "Sputnik Azərbaycan"ın Bakıdakı ofisində əməliyyat keçirir.

Xatırladaq ki, Rusiyanın “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin filialı kimi fəaliyyət göstərən “Sputnik-Azərbaycan" agentliyinin fəaliyyətinin dayandırılması barədə bu ilin fevral ayında qərar qəbul olunub.

***13:55

Hüquq-mühafizə orqanlarının “Sputnik-Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirilməsi ilə bağlı məlumat Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) tərəfindən təsdiqlənib.

Metbuat.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən TASS-a bildirilib.

"Təsdiq edirik. Əməliyyatla bağlı əlavə məlumat veriləcək", - deyə rəsmi açıqlamada qeyd olunub.

***

Sputnik Azərbaycanın Bakı ofisində əməliyyat keçirilir.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, əməliyyatı polis keçirir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. Bildirilib ki, bu barədə əlavə məlumat veriləcək.