Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov işdən çıxıb.

Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, o öz ərizəsi ilə işdən ayrılıb.

Onun Turizm Agentliyində fəaliyyətə başlayacağı bildirilir.

Qeyd edək ki, Ş.Şahbazov bu vəzifəyə 2023-cü ilin iyul ayında təyinat almışdı.