Məhkəmə "Sputnik Azərbaycan" İnformasiya Agentiliyinin ofisində ötən gün polisin apardığı əməliyyat nəticəsində saxlanılan direktor İqor Kartavıx və əməkdaş Yevgeni Belousov barəsində həbs qətimkan tədbiri seçib.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, Xətai Rayon Məhkəməsinin qərarı ilə onlar dörd ay müddətinə həbs olunublar.

Onların hər ikisi Cinayət Məcəlləsinin 178.3.1, 192.2.2, 192.2.3, 193-1.3.1, 193-1.3.2 maddələri ilə ittiham olunurlar.