“Neftçi”dən yeni transfer - FOTO

“Neftçi” yeni mövsüm üçün növbəti futbolçu transferini rəsmiləşdirib.

Metbuat.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın Mətbuat xidməti məlumat yayıb.

Fransalı vinger İmad Faraj paytaxt təmsilçisinə keçib. 26 yaşlı oyunçu ilə 3 illik müqavilə bağlanıb.

“Lill” akademiyasında yetişən Faraj Fransa, Portuqaliya və Belçika liqalarında oynayıb, sonuncu klubu “AEK Larnaka” ilə Kipr kubokunun qalibi olub. O, Fransanın U-16, U-17, U-18 və U-19 milli komandalarının şərəfini qoruyub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı