Türkiyənin Ankara şəhəri Türk dünyasının 2026-cı il üçün turizm paytaxtı elan olunub.

Metbuat.az Report-a istinadən xəbər verir ki, bu barədə qərar Türk Dövlətləri Təşkilatının mədəniyyət və turizm nazirlərinin toplantısında qəbul olunub.

Qeyd edək ki, bu gün Ankarada TDT-yə üzv və müşahidəçi ölkələrin mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir.